“Bu gün Azərbaycan mədəniyyətinə çox ağır itki üz verib. Belə ki, Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundova deyib.
O bildirib ki, Amaliya Pənahova 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. “O, çox gözəl, səmimi bir insan idi. Bu gün saat 1-də sənətçinin cənazəsi Təzəpir məscidinə aparılacaq. Noyabrın 9-u saat 12:00-da isə Akademik Milli Dram Teatrında A.Pənahova ilə vida mərasimi baş tutacaq. Allah rəhmət eləsin!”
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB