Bakıda “Türkdilli xalqların musiqi alətləri” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək
Dekabrın 16-17-də Bakıda "Türkdilli xalqların musiqi alətləri" mövzusunda Beynəlxalq Simpozium keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib.
Tədbir Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı) və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Simpoziumun əsas vəzifələri türkdilli xalqların musiqi alətlərini bir biri ilə birləşdirən ümumi və fərqli əlamətlərin müəyyənləşdirilməsi, musiqi alətlərinin texnologiya və akustikası, ikonoqrafiya elementlərinin araşdırılması, bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsi, yeni yanaşmalar və qiymətləndirmələr və ifaçılıq məsələlərinin müzakirəsi, yox olan alətlərin bərpası, mühafizəsi, etnoorqanologiya problemləri və pedaqogikadır.
Tədbir plenar və bölmə iclaslarından ibarət olacaq, rəsmi dilləri isə Azərbaycan, ingilis və rus dilləridir. Simpozium başa çatdıqdan sonra məruzələrin məcmusunun nəşri nəzərdə tutulub.
Simpoziumda TÜRKSOY-a üzv ölkələrin, eyni zamanda Amerika, Avropa və Asiyanın bir sıra alim və filosoflarının iştirakı nəzərdə tutulur. Dəvət olunan qonaqların simpoziumun vəzifələri ilə bağlı məqalələrlə çıxış edəcəkləri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB