“Eurovision- 2011” müsabiqəsinin finalına biletlər bir neçə saat ərzində satılıb- FOTO
Düsseldorf Arenada keçiriləcək 56-cı "Eurovision- 2011" müsabiqəsinin finalına biletlərin satışı bir neçə saat ərzində satılıb qurtarıb. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, ötən bazar günü satışa çıxarılan 32 min biletin hamısı bir neçə saat ərzində satılıb.
Biletlərin satışı "online" formasında Dticket.de saytı vasitəsi ilə satışa çıxarılıb. Final konsertinə biletlər 89-189 avro arasında satılıb. Müsabiqənin finalı üçün ümumilikdə 35 min bilet satışı nəzərdə tutulub ki, onun da artıq 32 mini satılıb. 3000 biletin satışının isə bir neçə müddətdən sonra həyata keçiriləciyi bildirilir. Bu proses iştirakçı ölkələrin təmsilçiləri müəyyənləşəndən sonra baş tutacaq. Qalan biletlərin satışı da online formasında təşkil olunacaq.
Qeyd edək ki, mayın 10-u və 12-də Düsseldorf Arenada baş tutacaq yarımfinal mərhələsinin biletinin satışa yanvarın sonunda çıxarılması nəzərdə tutulur. Çünki həmin vaxt artıq bu iki yarımfinalın iştirakçıları məlum olacaq. Məlumatda bildirilib ki, "Eurovision -2011" müsabiqəsi Avropanın 45 ölkəsində canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB