“Bakı gecələri- 2010”un online səs verməsi başlanılıb- FOTO

“Bakı gecələri- 2010”un online səs verməsi başlanılıb- FOTO
"Bakı gecələri- 2010" Estrada Mahnı Festivalının online səs verməsi artıq başlanılıb. Bu barədə SİA-ya Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib. 3 konsert proqramından ibarət seçim turunda Təşkilat Komitəsi tərəfindən seçilən 80 mahnı müğənnilərin ifasında təqdim olunub və professional münsiflər heyəti tərəfindən bəstələnən mahnılar sözlərinə, oranjimana, ifa tərzinə görə qiymətləndirilib.

Birinci konsert tamaşaçılara və münsiflər heyətinə sentyabrın 13-də, ikinci konsert oktyabrın 11-də, üçüncü konsert isə noyabrın 15-də təqdim olunub. İlkin üç mərhələdə yüksək bal toplayan 20 əsər finala – 23 dekabr 2010-cu il tarixində Heydər Əliyev Sarayında keçiriləcək Qala konsertə vəsiqə qazanıblar. Finalda səslənən mahnılar "Qran-Pri" və 4 nominasiya üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar.

Qala-konsertdə iştirak edən müğənnilər "Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı" adına layiq görüləcəklər. Bu il "Bakı gecələri – 2010" Estrada Mahnı Festivalının qalibini tamaşaçılar "Online" səsvermədə iştirak etməklə müəyyən edə bilərlər. Səsvermə dekabr ayının 22-dək davam edəcək.

Qeyd edək ki, bu festival 2008-ci ildən keçirilir. Artıq üçüncu dəfədir ki, keçirilən festivalın əsas məqsədi Azərbaycanda estrada janrında mahnı bəstələyən yaradıcı insanların əməyini qiymətləndirmək və peşəkarlıq səviyyəsini inkişaf etdirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə