“Bakı Gecələri - 2010” Estrada Mahnı Festivalının üçüncü konsert proqramı keçiriləcək - FOTO
"Bakı Gecələri - 2010" Estrada Mahnı Festivalının üçüncü konsert proqramı noyabrın 15-i, saat 16.00-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında təqdim olunacaq. SİA-nın məlumatına görə, konsert proqramında Manana, İzzət Bağırov, Elariz Məmmədoğlu, Nadir Bayramlı, Rüfət Axundov, Nurlan Əzizbəyli, Günel Məhərrəmli və başqaları iştirak edəcək.
Xatırladaq ki, üç möhtəşəm konsert proqramından ibarət olan "Bakı gecələri – 2010" Estrada Mahnı Festivalının birinci konsert proqramı sentyabrın 13-də, ikinci konsert proqramı isə oktyabrın 11-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilib.
İlkin üç mərhələdə təqdim olunan mahnılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və yüksək bal toplamış əsərlər finala – 24 dekabrda Heydər Əliyev Sarayında keçiriləcək Qala konsertə vəsiqə qazanacaqlar. Finalda səslənən mahnılar müxtəlif nominasiyalar üzrə mükafatlar uğrunda mübarizə aparacaqlar. Qala-konsertdə iştirak edən müğənnilər "Bakı Gecələri Estrada Mahnı Festivalının Laureatı" adına layiq görüləcəklər.
Festivalın başlıca məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, estrada ifaçılarını dəstəkləmək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və estrada mahnı janrını inkişaf etdirməkdir.
Bu il tamaşaçılar müxtəlif nominasiyalar üzrə qalibləri "online" səsvermə yolu ilə müəyyən etmək şansını əldə edəcəklər.
Məlumat üçün bildirək ki, "Bakı gecələri – 2010" Estrada Mahnı Festivalı Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, səsvermə noyabrın 20-dən etibarən start veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB