Musiqi məktəbinin şagirdlərinin növbəti uğuru FOTOLAR

Musiqi məktəbinin şagirdlərinin növbəti uğuru FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri “Salyut talantov” Bakı Bahar 2018 festival-müsabiqəsində uğurla çıxış ediblər. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən müsabiqədə məktəbin şagirdlərindən Cavidan Babazadə, Cəlal Bəşirli, İskəndər Həsənzadə və Tuqay Hüseynzadə I dərəcəli, Nuray Miratayeva isə II dərəcəli diploma layiq görülərək laureat adını qazanıblar.

Müsabiqədə I yerə layiq görülən şagirdlər bu ilin oktyabrında Sankt-Peterburqda keçirilən super finala dəvət alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə