Təmsilçilərimiz gənc musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsində FOTOLAR

Təmsilçilərimiz gənc musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsində FOTOLAR

Gürcüstanın Tblisi şəhərində Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Yevgeni Mikaladze adına orkestr alətləi üzrə Gənc musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsi keçirilir. SİA-nın məlumatına görə, müsabiqənin təşkilatçısı “Harmoniya” gürcü folkloru və klassik musiqinin inkişafi birliyinin sədri Sisino Biçikaşvilidir.

Müsabiqənin münsiflər heyətinə Gürcüstanın və Azərbaycanın tanınmış mütəxəssisləri Diana Caiana(violin), Sergo Tkabladze (nəfəs), Anna Lomtadze (nəfəs), Hökümə Əliyeva (violin), Əziz Qarayusifli (nəfəs) və Lana Quldeva (fortepiano) daxildir.

Müsabiqədə Azərbaycanın Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, L. və M. Rostropoviçlər adına 21 saylı 11 illik musiqi məktəbi və 24 saylı 11 illik musiqi məktəbinin şagirdləri təmsil edir. Sevindirici haldır ki, Azərbaycanı təmsil edən 12 şagirddən 11-i II tura vəsiqə qazanıb. Əlbəttə ki, bu bizim üçün müsbət bir göstəricidir. Onu da qeyd edək ki, müsabiqəyə qatılan Ermənistan təmsilçiləri II tura vəsiqə qazanmayıb. Hər meydanda uduzan ermənilər bu meydanda da Azərbaycan mədəniyyəti və onun təmsilçiləri qarşısında uduzdular.

Əlbəttə ki, hər bir uğurun arxasında ona stimul verən bir qüvvə dayanır. Biz də hər zaman olduğu kimi təmsilçilərimizə göstərdiyi maddi və mənəvi dəstəyə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə sonsuz minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə