Ferents Listin itmiş əlyazmaları Macarıstana qaytarılıb

Ferents Listin itmiş əlyazmaları Macarıstana qaytarılıb

Macar bəstəkarı Ferents Listin uzun müddətdir itmiş hesab edilən və bir şəxsi kolleksiyada aşkar olunan XIX əsrə aid əlyazmaları Ferents List Memorial Muzeyi və Tədqiqat Mərkəzinə (Liszt Ferenc Emlékmúzeum és Kutatóközpont) qaytarılıb. AZƏRTAC xəbər verir ki, musiqi notlarını tapan Ferents Listin varisi bəstəkarın müəlliflik hüququnu təsdiq etdirdikdən sonra onları F.List Memorial Muzeyi və Tədqiqat Mərkəzinə satmağı təklif edib.

Əlyazmaların satın alınması Milli Mədəniyyət Fondunun əvəzi verilməyən krediti hesabına maliyyələşdirilib.

Tapılan sənədlər arasında bəstəkarın ən yaxın dostu Mixay Moşonun xatirəsinə həsr etdiyi fortepiano üçün əsəri və 1884-cü ildə Macarıstan Kral Operasının açılışı münasibətilə yazdığı xor üçün əsər var. O zaman Ferents Listin notları çap edilmiş, lakin orijinal əlyazmalar yoxa çıxmışdı. Bu əsərləri Yojef Parşç və Nandor Taborskinin nəşriyyatı çap etmişdi. Listin yaxın dostu olan Taborskinin şirkətində saxlanılan əlyazmalar İkinci Dünya müharibəsindən sonra dövlət mülkiyyətinə verilmişdi. Yazın vaxtlarda əlyazmalar Memorial Muzey və Tədqiqat Mərkəzinin internet saytına qoyulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə