Muğam Mərkəzində Mənsum İbrahimovun 50 illik yubileyi keçiriləcək
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimovun anadan olmasının 50 illiyinə həsr edilən silsilə tədbirlər davam edir. SİA-nın məlumatına görə, bununla bağlı bu gün saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru M. İbrahimovun yubileyi qeyd olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq gecədə sənətkarın sənət dostlarının ifaları dinləniləcək, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanan, xalq artistinin həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB