“Milli teatr” günü münasibətilə tədbir keçirilib

“Milli teatr” günü münasibətilə tədbir keçirilib

Qazax Dövlət Dram Teatrında “Milli teatr” günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə teatrın direktoru Saqif İskəndərov Azərbaycan Peşəkar Teatrının 145 illik tarixindən və Qazax Dövlət Dram Teatrının isə 80 il ərzində keçdiyi yaradıcılıq yolundan bəhs edib.

Tədbirdə Rayon İcra Hakimiyətinin Humanitar Məsələlər üzrə müavini Gülayə Həsənova çıxış edərək teatrın kollektivini 10 Mart Milli Teatr günü münasibətilə təbrik edib və yaradıcılıq uğurları arzu edib. Teatrın bir qrup yaradıcı heyət üzvləri Rayon İcra Hakimiyyətinə dəvət edilib və Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun sərəncamı ilə teatrın direktoru, aparıcı aktyor Saqif İskəndərov, baş rəssam Səyyat Məmmədov və aktyor Aydın Orucov fəxri fərmanla təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə