Mədəniyyət və incəsənət nümayəndələri uğurlu dövlət siyasətindən danışdılar FOTOLAR

Mədəniyyət və incəsənət nümayəndələri uğurlu dövlət siyasətindən danışdılar FOTOLAR

Azərbaycan mədəniyyəti və incəsənəti günü-gündən inkişaf edir. Bu sahədə dövlətimizin gördüyü uğurla işlər təqdirəlayiqdir. SİA bununla bağlı olaraq tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələrinin fikirlərini öyrənib.

Onları təqdim edirik:

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar: “Müstəqillik illərində Heydər Əliyev dövlət başçısı olarkən ona Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti ilə bağlı müraciət etmişəm. O, AYB-nin ehtiyaclarını bilirdi və həmişə bizə qayğı ilə yanaşırdı. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra AYB, onun qəzet və jurnalları dövlət büdcəsi hesabına maliyyələşdirildi. Çünki ədəbi jurnal və qəzetlər olmadan ədəbiyyat inkişaf edə bilməz. Heydər Əliyevin bu qayğısı Azərbaycan ədəbiyatının xilası idi.

Yazıçıların yubiley tədbirləri olanda, təşkilatımızın qurultaylarında Ulu öndər Heydər Əliyevə müraiət edirdik və həmişə ondan xoş münasibət görürdük.

Ümummilli Lider Heydər Əliyev təkcə ədəbiyyatımıza qayğı göstərmirdi, eyni zamanda ədəbiyyatımızın, yazarlarımızın xilaskarı missiyasını da öz üzərinə götürmüşdü.

Ümumiyyətlə, Heydər Əliyev sovetlər dövründə bir çox yazıçı-şairləri təhlükələrdən xilas edib. Ulu Öndərimiz hər mərhələdə – həm sovet, həm də müstəqillik dövründə yazıçıları müdaifə edib. Heydər Əliyev Azərbaycan xalqının əbədi sərvətidir.

Hazırda Ulu Öndər Heydər Əliyevin uğurlu davamçısı Prezident İlham Əliyev 2003-cü ilin prezident seçkiləri ərəfəsində İlham Əliyev yaradıcı ziyalılarla görüşü zamanı mən çıxış edərək əbədiyyat nümunələrinin latın qrafikalı əlifbada çap olunmasının zəruriliyini bildirdim. Cənab İlham Əliyev dövlət başçısı seçildikdən qısa müddət sonra bu barədə sərəncam verdi və həm Azərbaycan, həm də dünya ədəbiyyatıın nümunələri latın qrafikalı əlifba ilə çap olundu. Hazırda çox xoş haldır ki, ədəbiyyatımız insanlar tərəfindən sevilir və oxunur. Bundan başqa AYB-in 80 illik yubileyi yüksək səviyyədə keçirilməsinə yaradılan şərait danılmazdır. Bütün bunlar ölkəmizin inkişafı, xalqımızın uğurlu gələcəyidir".

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə: “Milli musiqi ənənələri kifayət qədər Avropa ölkələrində təbliğ olunur. Bunun bariz nümunəsi muğam festivallarının keçirilməsidir. Qürurverici faktdır ki, Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, Novruz bayramı, xalça, tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Azərbaycan bəstəkarları dünyanın mötəbər festivallarında iştirak edir, müasir bəstəkarlıq nümunələrimizi dünyaya tanıdırlar”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov: “Bu gün Azərbaycan təkcə sənət yox, həm də idman, sənaye mərkəzinə çevrilib. Dünyanın hər yerindən insanlar Azərbaycana gəlir və buradakı inkişafdan zövq alırlar. Hazırda 50-dən çox rəssam Prezident təqaüdü alır. Bütün bunlar deməyə əsas verir ki, rəssamlarımıza dövlət tərəfindən böyük diqqət var”.

Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri, professor Elbay Qasımzadə: “Ölkəmizdə memarlıq sənətinin yüksəliş dövrünü yaşayır. Bu gün müasir Bakının siması xarici qonaqlarda müsbət mənada həm təəccüb, həm də heyrət hissi doğurur. Azərbaycana gələn memarlar buradakı inkişafı xüsusi qeyd edirlər. Ölkəmizin iqtisadi və maliyyə durumu memarlığın inkişafına zəmin yaradır. Görülən işlər, yeni üslubda inşa edilən binalar ölkəmizdə bu sahənin sürətli inkişafından xəbər verir”.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Şəfiqə Məmmədova: “1969-cu ildən Azərbaycan kinosunun inkişaf dövrünə qədəm qoyub. Görülən işlər, qəbul olunan Dövlət proqramları bütün sahələrdə olduğu kimi, kinematoqrafiya sahəsində də böyük dönüş yaradıb. Məhz bunun nəticəsidir ki, gənc rejissorlar yeni-yeni ekran əsərləri çəkir, filmlərimiz beynəlxalq festivallarda uğurla nümayiş olunur. Hər il ölkəmizdə 2 avqust – Milli Kino Günü kimi qeyd edilir. Hazırda kino haqqında yeni qanun hazırlanır”.

Teatr Xadimləri İttifaqının sədri, Xalq Artisti Azərpaşa Nemətov: “Teatr sənəti qədim və zəngin tarixi yol keçib. 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlətimizin başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib. Dövlət Proqramı çərçivəsində teatr binaları yenidən qurulub və təmir olunaraq istifadəyə verilib. Yüzlərlə sənət adamına fəxri adlar, təqaüdlər verilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə