Nazirliyin “Qəbələ pilot layihəsi” davam edir

Nazirliyin “Qəbələ pilot layihəsi” davam edir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin pilot layihəsi çərçivəsində Qəbələ rayonu Heydər Əliyev Mərkəzinin rayonun siyasi-ictimai həyatında rolunun artırılmasına yönəlmiş növbəti tədbir həyata keçirilmişdir.

Beləliklə, cari ilin 7 mart tarixində Nazirliyin, habelə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçı dəstəyi ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilmişdir.

Rayonun və ümumilikdə dövlətimizin sosial-siyasi həyatında qadınların oynadıqları roldan söhbət açan Mərkəzin direktoru Asif Usubəliyev, daha sonra mövcud istiqamətdəki dövlət siyasətindən tədbir iştirakçılarına məlumat vermişdir.

Tədbirin musiqi müşahidəsi Qəbələ rayon İncəsənət məktəbinin ansambl tərəfindən təşkil olunmuşdur.

Daha sonra Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Zərxanım Ağayeva Mərkəz tərəfindən təsis olunmuş mükafatları rayonun müxtəlif sahələrdə çalışan fəal qadınlara təqdim etmişdir.

Onların sırasında Uşaq və Ailələrə dəstək Mərkəzinin direktoru Günel Ağayeva, Hacıəlili kənd Yaradıcılıq Evinin direktoru Afət Əliyeva, Qəbələ Regional ASAN Xidmət Mərkəzinin baş mütəxəssisi Şəbnəm Nərimanlı və 3 saylı şəhər tam orta məktəbinin müəlliməsi Şəhla Hüseynova olunmuşlar

Bütün xəbərlər Facebook səhifəmizdə