Bu gün Rauf Abdullayevin 73 yaşı tamam olur

Bu gün Rauf Abdullayevin 73 yaşı tamam olur
Bu gün xalq artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, professor Rauf Abdullayevin 73 yaşı tamam olur. SİA-nın məlumatına görə, Azərbaycan müasir musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən olan, dirijor Rauf Abdullayev, Azərbaycan Dövlət Konservatoriyasının Piano Fakültəsini və Sankt-Peterburq Dövlət Konservatoriyasının Opera və Simfonik dirijorluq fakültəsini bitirib.

Onun möhtəşəm ifası Fransa, Almaniya, ABŞ, Rusiya, Böyük Britaniya, Türkiyə, İraq, Misir, Belçika, İtaliya, Finlandiya, Avstriya, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və başqa ölkələrin dinləyicilərinə də yaxşı tanışdır.

Rauf Abdullayevin geniş əhatəli repertuarına müxtəlif dövrlərdən, üslub və cərəyanlardan olan əsərlər daxildir. Sənətçi xüsusi olaraq Azərbaycan bəstəkarlarının musiqi əsərlərinin ifasına üstünlük verir.

Dirijor bеynəlхаlq əhəmiyyətli musiqi fеstivаllаrının və layihələrin iştirаkçısı оlub, bir çох ölkələrdə məşhur kоllеktivlərə dirijоrluг еdib. Repertuarına bir çox qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.

Professor dövlət mükafatları laureatıdır. Azərbaycan xalqının ümumilli Lideri Heydər Əliyevin R. Abdullayevi "Şöhrət" ordeni ilə təltif etməsi, dövlətin, görkəmli musiqiçiyə qarşı olan qayğısının daha bir təcəssümüdür.

Biz də görkəmli musiqiçini təbrik edib, ona can sağlığı, yaradıcılığında uğurlar arzu edirik!

Bütün xəbərlər Facebook səhifəmizdə