Bir neçə gün əvvəl “Dolu” filmində rol alan aktyor Rza Rzayev Nizami rayonu 220 saylı məktəb-liseydə ibtidai müəllimlərdən qanunsuz hazırlıq pulları yığıldığı barədə məlumat yaymışdı. Aktyor direktor müavini olan xanım qohumu Zeynəb Rzayevanın işdən çıxarıldığını qeyd edərək, məktəb direktorunun rüşvət yığdığını iddia edib.
SİA-nın məlumatına görə, 220 nömrəli məktəb-liseyindən bildirilib ki, R.Rzayevin hərəkəti ilə hüquq-mühafizə orqanlarına müraciət olunub.
Aktyorla direktor arasında baş verən qarşıdurmanın görüntülərini sosial şəbəkələrdə yayılıb.
Həmin videonu təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB