Lənkəran Dövlət Dram Teatrında uzun illər bu sənət ocağında çalışmış Əməkdar artist, “Tərəqqi” medallı Təvəkkül Əliyevin xatirəsi anılıb. Tədbir unudulmaz aktyorun vəfatının ildönümünə həsr olunub.
SİA-nın məlumatına görə, anım mərasimində teatrın direktoru Tofiq Heydərov, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov, aparıcı səhnə ustaları, Xalq artisti Qabil Quliyev, Əməkdar artist Zemfira Əhmədova və digərləri çıxış edərək uzun müddət çiyin-çiyinə çalışdıqları aktyor dostları Təvəkkül Əliyev haqqında xatirələrini dilə gətirməklə sənətkarın milli teatrımızın inkişafındakı xidmətlərindən danışıblar.
Bildirilib ki, Təvəkkül Əliyev 1950-ci ildə anadan olub. 1973-cü ildə İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirdikdən sonra təyinatla yenicə açılmış Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. Teatrda işlədiyi 43 illik müddətdə T.Əliyev üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış 100-dən çox tamaşada iştirak edib.Aktyorun xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. 2000-ci ildə Əməkdar artis fəxri adalayiq görülüb, 2013-cü ildə isə “Tərəqqi” medallı ilə təltif olunub.
Çıxışçılar ürək ağrısı ilə qeyd ediblər ki, amansız ölüm istedadlı aktyoru yaradıcılığının çiçəkləndiyi vaxtda – 2017-ci ilin 23 yanvarında candından artıq sevdiyi doğma teatrdan, sənət dostlarınından ayırıb. Dönə-dönə vurğulanıb ki, illər, qərinələr ötsə də Təvəkkül Əliyevin işıqlı xatirəsi onun dostlarının, çoxsaylı pərəstişkarlarının xatirəsində yaşayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB