9 yaşlı qız Grand Prix qazanıb

9 yaşlı azərbaycanlı istedadlı pianoçu Ləman Seyidova 30 Noyabr – 1 Dekabr 2017-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən II Beynəlxalq "EDELWEISS" ifaçılıq müsabiqəsinin qalibi olub və Grand Prix qazanıb.

SİA-nın verdiyi xəbərə görə, Ləman Seyidova Bakı şəhəri 23 nömrəli məktəbin 4-cü sinif şagirdidir. O, həmçinin 35 nömrəli musiqi məktəbin 3-cü sinifində piyano üzrə musiqi təhsili alır. Ləmanın nəaliyyət qazanmasında onun valideyinləri ilə yanaşı, Azərbaycanın əməkdar musiqi müəlliməsi K.Əmirovanın da böyük əməyi vardır.

Balaca istedadlı Ləmanı ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayırıq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə