Azərbaycan-Ukrayna Birgə Komissiyasının birinci iclası keçirilib FOTOLAR
Ukraynanın Kiyev şəhərində turizm üzrə Azərbaycan-Ukrayna Birgə Komissiyasının birinci iclası keçirilib. SİA-nın məlumatına görə, ölkəmizin nümayəndə həyətinin tərkibinə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Azər Xudiyev, Azərbaycan Turizm Assosiasiyasının İdarə Həyətinin sədri Nahid Bağırov, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, ölkəmizin Ukraynadakı Səfirliyinin nümayəndəsi, habelə bir neçə mehmanxana və turizm şirkətlərinin nümayəndələri daxil edilib.
Iclas zamanı Nazir müavini Nazim Səmədov Azərbaycanın nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyinə görə Ukrayna tərəfinə öz təşəkkürünü bildirmişdir. Daha sonra N. Səmədov ölkəmizdə turizm sahəsində aparılan islahatlar, milli iqtisadiyyatda turizmin rolu, habelə Azərbaycanın turizm potensialının xarici ölkələrdə tanıdılması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, 2016-cı ildə ölkəmizə 54 mindən çox Ukrayna vətəndaşı səfər edib, lakin bu rəqəm mövcud potensialı əks etdirmir.
N.Səmədov Ukrayna tərəfindən ölkəmizin EXPO 2025 layihəsinin Azərbaycanda keçirilməsinə dair təklifin dəstəklənməsini xahiş edib.
Bununla yanaşı Komissiyanın iclası çərçivəsində turizm sahəsində Azərbaycan-Ukrayna əməkdaşlığının inkişaf perspektivləri və bununla əlaqədər növbəti addımlar və konkret layihələr müzakirə edilib.
Daha sonra ölkəmizin turizm potensialını təbliğ edən video təqdimat, habelə Gilan Holding, Şahdag Turizm Mərkəzi, Absheron Hotel Group, Premier Hotel, Galalti Hotel Sanatorium, Hyatt Regency Baku, Çinar Hotelin nümayəndələri tərəfindən müvafiq təqdimatlar aparılmışdır. Qeyd olunan təqdimatlar tədbirdə iştirak edən Ukraynanın aparıcı turizm operatorları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbir zamanı iki ölkənin turizm sənayesi nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə danışıqlar aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB