Türkiyədə “Leyla və Məcnun” filmi çəkilə bilər

Türkiyədə “Leyla və Məcnun” filmi çəkilə bilər

Türkiyənin ən məşhur serialı “Leyla və Məcnun” film ola bilər. SİA-nın Türkiyə mətbuatına istinadla xəbər verir ki, tamaşaçılara bu xoş xəbəri serialın əsas aktyorlarından biri olan Serkan Keskin bildirib.

Onun sözlərinə görə, zəhmət çəkilərsə, filmi çəkmək mümkün olacaq: “Hər birimiz müxtəlif layihələrdə iştirak edirik. Filmi çəkmək onu proqramlaşdırmaqla bitməməlidir. Həqiqətən etməyimiz lazım olduğunu hiss etsək, o zaman bir araya gələrək “Leyla ilə Məcnun” filmini çəkərik”.

Xatırladaq ki, serial “Leyli və Məcnun” əfsanəsinə bənzədilmiş və üç mövsüm “TRT 1”də yayımlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə