Bakıda Xətai Sənət Mərkəzinin elan etdiyi “Vətənin tərənnümü” adlı etüd rəsm müsabiqəsi davam edir. Mərkəzdən SIA-ya məlumat verilib ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşən müsabiqədə 15 yaşından yuxarı hər bir fırça ustası iştirak edə bilər.
İştirak etmək istəyənlər əsərlərini sentyabrın 20-dək Xətai Sənət Mərkəzinə təqdim etməlidir. İştirakçılar arasında vətənpərvərlik ruhunun inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqənin mövzusu sərbəstdir. Müsabiqəyə ən çox üç sənət əsəri təqdim etmək mümkündür.
Qaliblər sonda diplomlarla təltif olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB