Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək FOTO

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək FOTO

Rusiyanın Nijnevartovsk şəhərində "Şimal görüşləri" V Beynəlxalq Teatr Festivalı keçiriləcək. Sözügedən festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. SİA-nın məlumatına görə, oktyabrın 25-dən 28-dək davam edəcək festivalda Əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin "Kontrabas" mono-tamaşası ilə səhnəyə çıxacaq. Tamaşa 27 oktyabr tarixində göstəriləcək.

Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin teatrları iştirak edəcək.

"Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə