Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramı çərçivəsində "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsi ilə bağlı Avropa Şurasının eksperti Robert Pikard Bakıya səfər edib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Mədəniyyət və Turizm Nazirliyində Robert Pikard ilə ölkə üzrə Mədəni irsin vəziyyətinin qiymətləndirmə hesabatı ilə bağlı müzakirələr aparılıb. Müzakirələr Avropa Şurası tərəfindən təqdim edilən təlimat suallarına uyğun aparılıb.
Müzakirələr zamanı ekspert tərəfindən ünvanlanan suallar şifahi olaraq cavablandırılıb və hesabatın cari ilin 20 sentyabr tarixinədək Azərbaycan tərəfindən hazırlanaraq Avropa Şurasına göndərilməsi razılığına gəlinib. Hesabat təqdim edildikdən sonra hər bir ölkə 10 tarixi şəhərin namizədliyini Avropa Şurasına təqdim etməli və bunun üçün müvafiq sənədləri hazırlamalıdır.
"Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsinin məqsədi milli, regional və yerli səlahiyyətli orqanlara kiçik tarixi şəhərlərin, məkanların və onların ətraf mühitinin abidələr və ərazinin yenidənqurma və təkrar işlənməsi vasitəsilə canlandırılması və davamlı sosial və iqtisadi inkişafı üçün "Strateji İnkişaf Planı"nın həyata keçirilməsində yardım etməkdir.
Bununla bağlı 2010-cu ilin ilin 24-25 sentyabr tarixində Makedoniyanın Skopye şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Konfransında da müzakirələrin aparılması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB