Turizm Şurası haqqında Əsasnaməyə və "Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında ölkə başçısının 30 mart 2017-ci il tarixli, 2784 nömrəli Sərəncamına əsasən çimərlik ərazilərində mövcud vəziyyətin öyrənilməsi, eləcə də, bu sahədə fəaliyyətin koordinasiya edilməsi, ictimai çimərliklərin yaradılması və işinin təkmilləşdirilməsi, təhlükəsizlik və sanitar-gigiyenik tələblərin təmin edilməsi, xidmət səviyyəsinin yaxşılaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi və çimərliklərin dünya standartları səviyyəsinə çatdırılması üçün müvafiq normativ-hüquqi sənədlərin hazırlanması məqsədilə aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi qrupu cari ilin may ayının 19-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə görüş keçiririb. SİA-nın məlumatına görə, görüşdə çimərliklərdəki mövcud problemlərin aradan qaldırılması istiqamətində uzun və qısa müddətli planların tətbiqi və yaradılması planlaşdırılan özəl və ictimai çimərliklərin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Tədbirlər Planının icrası çərçivəsində özəl və ictimai çimərliklərin yaradılmasında aidiyyəti olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri və bələdiyyələrin köməkliyinin vacibliyi vurğulanıb.
Təsdiq edilmiş Tədbirlər Planının icrası çərçivəsində qısa müddətli tədbirlər kimi ilkin olaraq yeni təsdiq edilmiş çimərlik standartlarına uyğun olaraq pilot layihələr kimi mövcud özəl çimərliyin bərpası və ictimai çimərliyin yaradılması təklif olunub.
Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidməti tərəfindən çimərliklərin mövcud vəziyyəti ilə bağlı təqdimat və maarifləndirici video çarxlar nümayiş etdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB