Azərbaycan Milli Konservatoriyasında İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin dəstəyi ilə konsert keçirilib. SİA-nın məlumatına görə, konsertdə Fars körfəzi sahilində yerləşən Buşəhr əyalətinin "Şalu" folklor qrupu maraqlı proqramla çıxış edib.
Tədbirdə səfirliyin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi həm Azərbaycanın, həm də İran mədəniyyətinin, incəsənətinin, musiqisinin dünyada xüsusi yeri olduğunu diqqətə çatdırıb.
Konsert proqramı ilə çıxış edən "Şalu" qrupu sonda, ifa etdikləri musiqi alətləri və Buşəhr musiqisi haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Musiqi qrupuna və Mədəniyyət Mərkəzinə təşəkkür edən konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi İran musiqisinin ümumilikdə dünyada çox sevildiyini bildirərək dinlədiyi musiqidən böyük zövq aldığını söyləyib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB