Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Muğam axşamları" adlı yeni möhtəşəm layihəyə start verilir. Layihədə mayın 16-dan iyunun 30-dək Azərbaycan muğamları – "Rast", "Şur", "Segah", "Cahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun" tanınmış muğam ifaçıları tərəfindən ifa ediləcək.
Muğam Mərkəzindən SİA-ya bildirilib ki, layihənin ilk konserti mayın 16-da "Rast" muğamının ifası ilə başlayacaq. Konsertdə xanəndələr - Əməkdar İncəsənət Xadimi Aqil Məlikov, Əməkdar Artist Sevinc Sarıyeva, Naxçıvan MR-in Əməkdar Artisti Ehtiram Hüseynov, Mirələm Mirələmov, Aytən Məhərrəmova, Hüseyn Məlikov "Rast" ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa edəcəklər.
Ansamblın bədii rəhbəri Xanlar Cəfərovdur.
Layihənin informasiya dəstəyi AZƏRTAC, "Mədəniyyət" kanalı, Azərbaycan Radiosu və "Baku" jurnalına məxsusdur.
Biletləri şəhərin kassalarından, "ASAN xidmət" mərkəzlərindən və iticket.az saytından əldə etmək olar
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB