Özbəkistan mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi"
2013-cü ildən başlayaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbək mətbuatında monitorinq aparılıb və məlum olub ki, ölkəmiz, onun tarixi, mədəniyyəti, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda il ərzində qardaş ölkədə verilən məqalələrin həcmi olduqca az saydadır və sözügedən məqalələr isə Rusiya KİV-lərindən götürülüb və istinad edilmiş xəbərlərdir. SİA-nın məlumatına görə, qeyd olunan boşluğu aradan qaldırmaq, Özbəkistan mətbuatında ölkəmizin, habelə iki ölkə arasında dostluq əlaqələrinin təbliği məqsədi ilə 2013-cü ildən başlayaraq Özbəkistanda Azərbaycan haqqında "İlin ən yaxşı məqaləsi" müsabiqəsi keçirilməyə başlanılıb. Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə layihəsi ilə keçirilən müsabiqəyə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti dəstək verir.
Müxtəlif nominasiyalar üzrə Özbək jurnalistlər Azərbaycana, onun tarixi, mədəniyyəti, adət və ənənələri, iqtisadi sahədə son illər əldə etdiyi nailiyyətlərə dair çoxsaylı məqalələr yazır və ilin yekununda Azərbaycan Səfirliyinin, Mədəniyyət Mərkəzinin pul mükafatları, hədiyyələri ilə təltif olunurlar.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun verdiyi məlumata görə artıq 4 ildir ki, keçirilən müsabiqə nəticəsində Özbək mətbuatında Azərbaycan haqqında yüzlərlə məqalələr dərc olunmuş, İnternet saytlarında özbək dilində "Azərbaycan" seqmenti üzrə axtarış apararkən çoxsaylı informasiyaların əldə edilməsinin mümkündür.
Qeyd edək ki, qalibləri müəyyən etmək üçün Özbəkistanda tanınmış jurnalistlər, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti rəhbərləri, tanınmış elm, mədəniyyət xadimlərindən ibarət xüsusi komisiya yaradılmış və Komisiyanın xüsusi rəyi nəticəsində qaliblər müəyyən edilir.
Bu ildə sözügedən ənənə davam etdirilmiş, müasabiqənin nominasiyaları müəyyən edilib.
Beləliklə, Azərbaycan Mədəniyyət Mərkəzi 2017-ci ildə Özbəkistan mətbuatında "Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi" müsabiqəsinin nominasiyalarının "Azərbaycan və İslam həmrəyliyi", "Azərbaycanda ekoturizm və tibbi-müalicəvi turizm", "Azərbaycan-Özbəkistan tərəfdaşlığı: qədimlikdən müasirliyə" mövzusunda elan etmişdir.
Qeyd olunan nominasiyalarla yanaşı il ərzində ölkəmizə dair bir sıra təşəbbüslər və fəallıqları ilə seçilən şəxslər də mükafatnandırılır:
"Özbək mətbuatında Azərbaycan haqqında ən çox materiallar dərc edən mətbu orqan", "Özbəkistanda Azərbaycanla bağlı nəşr olunmuş ilin ən yaxşı kitabı", "Özbəkistanda Azərbaycana dair ilin ən yaxşı tərcümə əsəri", "Özbəkistanda Azərbaycan mədəniyyətini təbliğ edən və ictimaiyyət arasında il ərzində öz aktivliyi ilə seçilən tanınmış azərbaycanlılar və özbəklər", "Özbəkistanda Azərbaycan Səfirliyinin və Mədəniyyət Mərkəzinin tədbirlərini il ərzində geniş işıqlandıran media qurumu" da müsabiqənin xüsusi mükafatları ilə təltif olunur.
Müsabiqənin qalibləri xüsusi pul mükafatları, fəxri fərman və hədiyyələrlə təltif olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB