Bəstəkarın əsərləri beynəlxalq müsabiqənin proqramında

Bəstəkarın əsərləri beynəlxalq müsabiqənin proqramında

Görkəmli bəstəkar, Azərbaycanın Xalq Artisti Cövdət Hacıyevin fortepiano üçün seçilmiş əsərləri bu ilin may ayında Fransada və İsveçrədə keçiriləcək Adilə Əliyevanın adını daşıyan Pianoçuların 11-ci Beynəlxalq Müsabiqəsinin proqramına daxil edilib. SİA-nın məlumatına görə, Cövdət Hacıyevin 100 illik yubileyi münasibətilə Londonda, Nyu-Yorkda, Bakıda, Moskvada, Vyana və Floridada tədbir və konsertlərin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə