Vaqif Mustafazadənin anadan olmasının 77-ci ildönümü münasibətilə konsert keçiriləcək

Vaqif Mustafazadənin anadan olmasının 77-ci ildönümü münasibətilə konsert keçiriləcək

Görkəmli bəstəkar, pianoçu, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anadan olmasının 77-ci ildönümü münasibətilə konsert keçiriləcək. SİA-nın məlumatına görə, konsert mart ayının 16-sı ölkənin əsas səhnəsi hesab edilən Heydər Əliyev sarayında baş tutacaq. Konsertdə xalq artisti Faiq Sücəddinov, əməkdar artist Akif Süleymanbəyli, əməkdar incəsənət xadimi Cavan Zeynallı, "Səs Azərbaycan" müsabiqəsinin qalibi Emiliya Yaqubova, Teymur Süleymanbəyli, Azad Şabanov, Humay Süleymanbəyli, Hüseyn Abdullayev, Nəzrin Zərbəliyeva, Natavan Cəbizadə, Tofiq Həsənsoy, "Aysel" rəqs qrupu və V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin istedadlı şagirdləri iştirak edəcəklər.

Caz musiqisi axşamında konsert iştirakçıları Vaqif Mustafazadənin müəllifi olduğu əsərləri səsləndirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə