“MilliNet 2016”-nın qalibi olub

8-cı il keçirilən Milli Net 2016 müsabiqəsinin cari il üçün qalibləri elan olunub. SİA-nın məlumatına görə, "Mədəniyyət, incəsənət və turizm saytları" nominasiyası üzrə "Mədəniyyət.AZ" Jurnalının vebsaytı "medeniyyet.info" qalib seçilib.

Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli İnternet Mükafatı haqqında və Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.

O, Milli Net 2016-da 11 Nominasiya üzrə 303 internet resurs təqdim olunduğunu və onlardan yalnız 238 saytın yarışmaya buraxıldığını bildirib. O, Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan Münsiflər Heyətinin və 5 nəfərdən ibarət mobil tətbiqlər üzrə Münsiflərin 2-ci səsvermə prosesində 74 Nominant arasından ən yaxşılarını seçdiyini bildirib.

Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar nazirliyi, Delta Telekom , BestComp , Lenovo və Aromaniaya şirkətlərinə minnətdarlığını bildirib.

O, 4 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə çatdırıb.

Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə