Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında "Aycan" tamaşası nümayiş olunub. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Ağalar İdrisoğludur. Tamaşada rolları aktyorlar Anar Seyfullayev, Mirzə Ağa Mirzəyev, Müşfiq Əliyev, Ramiq Nəsirov, Natiq Fərzəliyev, Anar Səfiyev, Yusif Dadaşov, aktrisalar Nuranə Hüseynova, Xəyalə Meydanova, Təhminə Məmmədova, Könül Əbilova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Mehriban Hüseynova, Gülbəniz Mustafayeva, Asya Atakişiyeva, İradə Rəşidova, Aygün Fətullayeva rol alıblar.
"Aycan" tamaşası haqda tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu məlumat verib: "Bu gün əməkdar incəsənət xadimi mərhum Xanımala Əlibəylinin "Aycan" tamaşası oynanılır. Tamaşa ilk dəfə 1974-cü ildə hazırlanıb. Həmin ildə "Aycan" tamaşası dövlət mükafatına layiq görülüb. Tamaşa gülllərlə qanqalın mübarizəsindən bəhs olunur. Hər kəsi tamaşaya baxmağa dəvət edirik".
Qeyd edək ki, "Aycan" tamaşası uşaqlar tərəfindən maraqla qarşılanıb və alqışlara səbəb olub.
.png)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB