Uşaqlar üçün maraqlı Yeni il şənlikləri olacaq

Uşaqlar üçün maraqlı Yeni il şənlikləri olacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dekabrın 27-dən etibarən Yeni il şənliklərinə start veriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, sənət ocağı Yeni il qabağı balacaların vaxtının səmərəli keçməsini nəzərə alaraq dekabrın 31-dək hər gün bir-birindən maraqlı əyləncəli proqramlar və oyunlar təqdim edəcək.

Yeni il şənlikləri çərçivəsində uşaqların sevdiyi tamaşalardan maraqlı səhnəciklər də nümayiş olunacaq.

Əyləncə dolu proqramlar hər gün müvafiq olaraq saat 11.00, 13.00, 15.00 və 17.00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə