Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyev siyasəti Azərbaycanda əbədi yaşayacaqdır" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları Heydər Əliyevin adını daşıyan Mərkəzdə ulu öndərin büstünü ziyarət edərək önünə çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Konfransda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, millət vəkili Elman Nəsirov, millət vəkili Mixail Zabelin, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İskəndərov, digər qonaqlar və rayon ictimaiyyəti iştirak edib.
Sonra Ulu Öndərin keçdiyi zəngin həyat yolunu əks etdirən qısametrajlı film nümayiş olunub.
Tədbir iştirakçıları öz çıxışlarında Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB