Əlyazmalar İnstitutunun direktoru Azərbaycan Milli Kitabxanasında FOTOLAR

Əlyazmalar İnstitutunun direktoru Azərbaycan Milli Kitabxanasında FOTOLAR

Ərəb ölkələri liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru dok. Feysəl Əl-Hafyan Azərbaycan Milli Kitabxanasında olub. SİA-nın məlumatına görə, qonağı kitabxananın direktoru prof. Kərim Tahirov qəbul edib.

Kitabxana haqqında ətraflı məlumat verən cənab direktor xarici ölkə kitabxanaları ilə birgə layihələrindən bəhs edib.

Görüş üçün cənab direktora təşəkkür edən qonaq rəhbərlik etdiyi institut haqqında danışıb. Dok. Feysəl Əl-Hafyanı Milli Kitabxananın nəşrləri xüsusilə maraqlandırıb.

Görüşdə Ərəb ölkələri liqası nəzdində Əlyazmalar İnstitutu ilə Azərbaycan Milli Kitabxanası arasında əlaqələrin yaranmasının zəruriliyi bildirilib, Milli Kitabxanada ərəb dilində yazan Azərbaycanlı müəlliflərin əsərlərindən ibarət sərginin təşkili və beynəlxalq elmi konfransın keçirilməsi müzakirə olunub.

Kitabxana ilə əyani tanış olan qonaq "Açıq kitabxana"da "Xatirə kitabı"na öz ürək sözlərini yazıb.

Azərbaycan Milli Kitabxanası "Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində), "Mədəniyyət və mədəni incilərimizin hamisi" (ərəb dilndə) mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, "Azərbaycan" (ərəb dilində), "Azərbaycan mətbəxi" (ingilis dilində) kitabları qonağa hədiyyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə