Nazir YUNESKO-nun baş direktoru ilə görüşüb

Nazir YUNESKO-nun baş direktoru ilə görüşüb

YUNESKO-nun baş direktoru İrina Bokova Parisdə səfərdə olan Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan-YUNESKO əlaqələri barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə nazir Əbülfəs Qarayev YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın salamlarını çatdıraraq Azərbaycan-YUNESKO əməkdaşlığının inkişafında xanım Mehriban Əliyevanın olduqca mühüm rolu olduğunu bildirib. İrina Bokova öz növbəsində Azərbaycan dövlətinə və xüsusilə də 1-ci Xanım Mehriban Əliyevaya həm YUNESKO-nun fəaliyyətinə, həm də öz ölkəsində və bir çox digər üzv ölkələrdə mədəni irsin qorunmasına böyük töhfələr verdiyini diqqətə çatdırıb.

Görüşdə mədəniyyət və irs sahələrində əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı Prosesi təşəbbüsü, növbəti ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və ilk dəfə bu tədbir çərçivəsində Beynəlxalq təşkilatların rəhbərlərinin Yüksək səviyyəli görüşü, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoqu gücləndirmək üçün layihələr ətrafında müzakirə aparılıb.

İrina Bokova 5 dekabr tarixində keçirilmiş Bakı Prosesi Beynəlxalq İşçi qrupunun ali toplantısı və İrs mövzusunda yüksək səviyyəli panelin əhəmiyyətinə toxunaraq Azərbaycan ilə müxtəlif səpkidə beynəlxalq layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirərək onun salamlarını ölkə rəhbərliyinə və Mehriban xanım Əliyevaya çatdırılmasını xahiş edib.

Əbülfəs Qarayev səmimi qəbula və görüşə görə təşəkkürünü bildirərək xalqımızın mədəniyyətini əks etdirən bir sıra kitab və materialları xanım baş direktora təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə