“Lənkəran payızı-IV” folklor festivalı və sənətkarlıq sərgisi keçirilib FOTOLAR

“Lənkəran payızı-IV” folklor festivalı və sənətkarlıq sərgisi keçirilib FOTOLAR

Mədəniyyət müəssisələrinin fəaliyyətini gücləndirmək, əhalini klublara cəlb etmək və gənc nəslin milli ruhda tərbiyə edilməsinə nail olmaq üçün hər il Lənkəran Mə­də­niy­yət Mər­kəzində ənənəvi Folklor Festivalı, Sənətkarlıq və Diyarşünaslıq sərgiləri həyata keçi­rilməkdədir. SİA-nın məlumatına görə, ənənəvi olaraq Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkə­zi­nin təşkilatçılğı ilə "Bizim qala-II" sənətkarlıq sərgisi və "Lənkəran payızı-IV" foklor festivalının yekun mərhələsi keçirilib.

İştirakçılar əvvəlcə Mərkəzin foyesində təşkil olunmuş "Bizim qala-II" sənətkarlıq sərgisi ilə tanış olmuşlar. Sərgidə yerli sənətkarların dulusçuluq, dülgərlik, dəmirçilik, dekorativ tətbiqi xalq sənəti, oyma, döymə, toxuma, biçmə, daş yonma və s. üzrə əl işləri təqdim olunub.

Festivalın yekun tədbirini giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə açaraq festival haqqında məlumat vermiş, tədbirin mahiyyəti barədə danışıb. Sonra Vüsal Nəsirli çıxış edərək, respublika rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan, bu istiqamətdə görülən işlərdən, folklor festivalının məqsədindən, tədbirin bölgə üçün əhəmiyyətindən danışaraq, onun xalq sənətinin yaşadılmasında, habelə qeyri-maddi mədəni irsin qorunaraq gələcək nəsillərə çatdırılmasında böyük rol oynayacağını qeyd edib.

Sonra folklor və yaradıcılıq klublarının üzvləri xalq mahnıları və rəqslər təqdim etmişlər. Festivalda məşhur "Nənələr" folklor qrupu da çıxış edib.

Diyarşünaslıq sərgisinin və Folklor Festivalının qalibləri və fərqlənən iştirakçıları xüsusi fərqlənmə diplomuna layiq görülmüşdür. Qaliblər Mədəniyyət Mərkəzində yaradılmış münsiflər Heyətinin qə­rarı ilə müəyyən edilmiş, onlara fərqlənmə və laureat diplomları və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Festival və sərgidə Mədəniyyət Mərkəzi, Kənarmeşə kənd Sənətkarlıq Evi, Ma­mus­ta kənd Folklor Evi, Bürcəli kənd Yaradıcılıq Evi, Girdəni kənd Diyarşünaslıq Evi, Boladi-1 və Boladi-2 kənd Folklor Klubları, Şağlaser kənd Sənətkarlıq Evi, Zövlə kənd Sənətkarlıq Evi, Türkəkəran kənd Folklor Evi, Stamurdov kənd Diyarşünaslıq Klubu və Şıxəkəran kənd Folklor Evi fəal iştirak etmişdir.

Diyarşünaslıq sərgisində 56, Folklor Festivalında isə 67 klub müəssisəsi, 850 mütəxəssis və dərnək üzvü təmsil olunub. Eyni zamanda sərgi və festival 83 kəndi, 8 qəsəbəni, 2 şəhəri əhatə edib.

Tədbirlərin keçirilməsində əsas məqsəd klub­lar­da folk­­lor işi­nin daha da yaxşılaşdı­rıl­ması, yaşı 50 ildən çox olan təsərrüfat və mə­işət əşyalarının top­lanılıb təqdim olunması, qeyri-maddi mədəni irsin qo­ru­nub sax­la­nıl­ması, onun da­­ha da inkişaf et­di­­ril­­məsi, folk­lo­ru­muza ma­ra­ğın daha da artı­rıl­ma­sı, şi­fahi xalq ya­­ra­dı­cı­­lı­ğının və qədim maddi mə­dəniyyət nümunələrinin gənc nəslə tanıdıl­ma­sıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə