Nazirimiz Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotskini qəbul edib FOTO
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri İmre Laslotskini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan-Macarıstan arasında mövcud əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilib.
Nazir Əbülfəs Qarayev səfirə may ayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil olunacaq beynəlxalq tədbirlər haqqında məlumat verib, Macarıstanın yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyətini tədbirdə iştiraka dəvət edib.
Səfir qəbuldan yüksək məmnunluğunu ifadə edərək, iki ölkənin gələcəkdə də mədəniyyət və turizm sahəsində birgə layihələrdə əməkdaşlığının davamlı olacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB