“Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə FOTOLAR

“Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə FOTOLAR

Bakı Xətai Sənət Mərkəzində "Qardaş türk xalqlarını tanıyaq" devizi altında "Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə" adlı rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, balaca fırça ustalarının əl işlərinin nümayiş olunduğu sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərgidə ən çox balaca fırça ustalarının öz duyğuları ilə işlənmiş olduğu əsərlər yer alıb. Maraqla qarşılanan sərginin sonunda qaliblər diplom və hədiyyələr ilə mükafatlandırılıb.

Qeyd edək ki, sərginin təşkil olunmasında məqsəd azərbaycanlı uşaqların qardaş özbək xalqının adət-ənənəsi, tarixi, mədəniyyəti, mətbəxi, həyat tərzini öz fırçaları ilə canlandırmaq, onlarda bu haqda maraq yaratmaqdan ibarətdir. Sərginin ekspozisiyasında nümayiş olunan əsərlərin Özbəkistanda müxtəlif rəsm festivallarında iştirakı da nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə