MTN Londonda keçirilən “World Travel Market” beynəlxalq turizm sərgisində FOTOLAR
London şəhərində keçirilən Dünya Turizm Sərgisi (World Travel Market) öz işinə başlayıb. SİA-nın məlumatına görə, sözügedən sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov, "Şahdağ" Turizm Mərkəzi, habelə, "Gilan hospitality", "Qafqaz hotel", "Four Seasons hotel Baku" mehmanxanaları, "Silkway travel", "Turizm.az", "AL-travel", "Falcon travel", "Geo-travel", "Baku Holiday travel", STİ travel", "CBT Azerbaijan", "ENC tours", "Via Caucasus" turizm şirkətləri və Azərbaycan Hava Yollarının nümayəndələri təmsil edir.
Beynəlxalq sərgidə ölkəmizin turizm imkanlarını əks etdirən 63 m² sahəsi olan stend qurulmuşdur. Milli stenddə mədəniyyətimiz, tariximiz, eləcə də, ölkəmizin görməli yerləri haqqında ingilis dilində müxtəlif növ reklam-çap məhsulları və videoçarxlar nümayiş olunur, ziyarətçilərlə işgüzar görüşlər keçirilir və yerli turizm şirkətləri tərəfindən bir sıra əməkdaşlıq müzakirələri aparılır.
2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on dördüncü dəfədir ki, "WTM" beynəlxalq turizm sərgisində iştirak edir.
Məlumat üçün bildiririk ki, "World Travel Market" turizm sənayesində əhəmiyyətli yerə malikdir. Sərgidə 186 ölkədən 9000 şirkət, 50 000-dən çox turizm sənayesində çalışan mütəxəssis iştirak edir. Xatırladırıq ki, sərgi noyabrın 10-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB