IV Bakı Beynəlxalq Teatr Konfransı iştirakçıları Fəxri Xiyabanda FOTOLAR
IV Bakı Beynəlxalq Teatr Konfransı iştirakçıları noyabrın 8-də Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. SİA-nın məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Sonra konfrans iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən konfrans iştirakçılarına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB