“Kinematoqrafiya haqqında” yeni qanun layihəsi nəyi dəyişdirəcək?
Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib. İclasda "Kinematoqrafiya haqqında" yeni qanun layihəsi müzakirə olunub.
Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Aqil Abbas qanunun qəbulunu dəstəklədiyini bildirib: " "Kinematoqrafiya haqqında" yeni qanun layihəsi kinonun inkişafında ciddi və vacib məsələdir. Bir film çəkiləndə dövlət tərəfindən 1 milyon 500 min manat pul ayrılır. Həmin məbləğin 300 min manatı vergiyə ödənilir və ya xarici ölkədən texnika gətirilirsə, bunun üçün də 200 min manat pul ödənilir. Yəni qazanc götürülmədən vergi ödəməli olursan. Ona görə də bu problemlər olduğu üçün "Kinematoqrafiya haqqında" yeni qanun layihəsi həyata keçməlidir. Bir müddət öncə Azərbaycanda müasir aparatlar yox idi. Niyə rejissorlar texniki avadanlıqlara görə əlavə pul ödəməlidirlər? Ancaq zaman keçdikcə həmin texniki avadanlıqlar Bakıya gətirilir. Onu da qeyd edim ki, film rejissor və aktyor demək deyil. Kino həm də pul deməkdir. Filmi yüksək texnika ilə çəkmək lazımdır. Odur ki, "Kinematoqrafiya haqqında" yeni qanun layihəsinin həyata keçirilməsi çox uğurlu addım olar".

"Kinematoqrafiya haqqında" yeni qanun layihəsi haqqında rejissor-ssenarist Elşən Zeynallı da danışaraq, bunun uğurlu addım olduğunu bildirib:" "Kinematoqrafiya haqqında" qanun layihəsi 1998-ci ildə qəbul olunub. Amma həmin qərarda bir çox boşluqlar var idi. Amma bizdə boşluq olan qanunlar Türkiyədə bərpa olunmuşdu. Ona görə də onların filmləri uğurla çəkilir. Artıq bizdə də kinoya maraq artdığı üçün Milli Məclisin mədəniyyət komitəsində bəzi təkliflər irəli sürülüb. Çox uğurlu addımdır. Bu addım milli kinonun inkşafına stimul ola bilər. Eyni zamanda sözügedən layihə gerçəkləşsə, filmlərimizin yüksək avadanlıqlarla çəkilməsinə təkan olacaq, yeni productionlar yaradılacaq. Ən əsası rejissorlarımız dövlət büdcəsinə gözlərini dikməyəcək. Xarici ölkələrdə olduğu kimi, azad şəkildə kinolar çəkəcəyik. "Kinematoqrafiya haqqında" qanun layihəsi həyata keçərsə, bu qanunu vərəq üzərində yox, gerçək həyatda reallaşdıra bilək".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB