Bakıda tullantılardan hazırlanmış sərgi

Bakıda Azərbaycan Beynəlxalq Məktəbinin(TİSA) şagirdlərinin 5-ci ənənəvi sərgisi açılıb. SİA-nın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstək verdiyi sərgidə tullantılardan hazırlanmış əl işləri nümayiş etdirilir. "Repurposed" (Yenidən məqsəd) adlı sərgi Azərbaycan Rəssamlar İttifaqında keçirilir.

Sərginin açılışında çıxış edən ABŞ səfiri Robert Sekuta bildirib ki, ətraf mühiti qorumaq, insanların ondan necə istifadəsi indiki dövrdə çox vacibdir. Səfir Srkuta insanların təbiətin qayğısına qalmalı olduğunu vurğulayıb. O, TİSA şagirdlərinin bu layihədə iştirakından məmnunluğunu bildirib.

Daha sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgi noyabrın 8-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə