Əbülfəs Qarayev Tunis turizm və əl işləri naziri ilə görüşüb FOTO

Əbülfəs Qarayev Tunis turizm və əl işləri naziri ilə görüşüb FOTO

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tunis Respublikasına səfəri çərçivəsində Tunis Respublikasının turizm və əl işləri naziri Salma Elloumi Rekik ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Nazir Tunisdə keçirilən ISESCO-ya üzv ölkələrin Təhsil Nazirlərinin Birinci Konfransında ISESCO-nun 12-ci Baş konfransının Prezidenti qismində iştirak etdiyini qeyd etmiş və 30 oktyabr-2 noyabr 2016-cı il tarixində Misir Ərəb Respublikasının Luksor şəhərində təşkil olunacaq Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü sessiyası və Beşinci Dünya Şəhər Turizm Sammitində iştirak edəcəyi barədə məlumat verib.

Həmçinin o, Tunisdə olduğu müddətdə, Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi , İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi İyad Amin Madani və ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşlərindən bəhs edib.

Görüşdə iki ölkə arasında turizm sahəsində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunmuş, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Nazir Əbülfəs Qarayev ölkəmizin bunun üçün geniş potensialının olduğunu, turistlər üçün asan viza rejiminin tətbiq olunduğunu və son dövrlər ölkəmizə gələn turistlərin sayının artdığını qeyd edib.

Həmçinin görüşdə, Tunisdə ali turizm təhsilinin yüksək səviyyədə olduğunu nəzərə alaraq, bu sahə üzrə intensiv təcrübə mübadiləsinin aparılması və layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda nazir Əbülfəs Qarayev nazir Salma Elloumi Rekiki 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Nazir Salma Elloumi Rekik dəvətə görə təşəkkürünü bildirib və gələcəkdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə