Lənkəran Dövlət Dram Teatrı yeni tamaşanın premyerasına hazırlaşır
Noyabrın 2-də N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı 126-cı teatr mövsümündə növbəti səhnə əsərinin premyerası ilə teatrsevərlərin görüşünə gələcək. SİA-nın məlumatına görə, sənət ocağında M.F.Axundzadənin "Hacı Qara" komediyası əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunacaq. Səhnə əsəri Dövlət "Yuğ" Teatrının baş rejissoru Gümrah Ömərin quruluşunda hazırlanacaq. Tamaşanın quruluşçu rəssamı Ramazan Ağayev, musiqi tərtibatçısı isə Zəminə Əliyevadır.
Tamaşada rolları teatrın aktyorları canlandıracaq. Ciddi satira üzərində qurulmuş, eyni zamanda maraqlı məqamlarla zəngin olan səhnə əsəri Azərbaycan klassikasına layiq şəkildə hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB