Azərbaycan Turizm və Menecment Universitetinin "Dillər" kafedrasında "Rus dili həftəsi" keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd rus dili tədrisinin aktual problemləri və bu zaman qarşıya çıxan çətinliklərin aradan qaldırılması yollarının müzakirəsindən ibarət olub.
"Rus dili həftəsi"ndə universitetin struktur rəhbərləri, müəllimlər və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin nümayəndələri L.T.Yakunina və N.Əliyev iştirak ediblər. L.T.Yakunina çıxışında Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin ATMU ilə əməkdaşlıqda hər zaman maraqlı olduğunu və işbirliyinin rus dili tədrisinə müsbət təsir göstərəcəyini deyib. N.Əliyev isə mərkəzin köməyi ilə universitet tələbələri üçün Bakıda rus filmlərinin çəkildiyi yerlərə ekskursiya-dərslərin təşkilini təmin edəcəklərini bildirib.
ATMU tələbələrinin rus dilində ifa etdikləri şeir və mahnılar tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Yuxarıda qeyd edildiyi kimi ali təhsil müəssisəsində "Alman dili həftəsi" də təşkil olunub. Universitetin "Dillər" kafedrasının təşkilatçılığı ilə müvafiq müəllim kontingenti üçün nəzərdə tutulan təlimdə texniki vasitələrdən və yeni metodlardan istifadə edilib. "Alman dili həftəsi"nin sonunda "Turizm və qonaqpərvərlik" fakültəsinin dekan müavinləri Flora Əsgərova, Anar Fərmayılov, eyni zamanda ixtisas müəllimləri tərəfindən alman dilinin tədrisi prosesində müasir metodların tətbiqinə dair bir sıra təkliflər irəli sürülüb. Tədrisin səmərəli təşkilində vaxtaşırı keçirilən təlimlərin alman dili müəllimləri üçün də faydalı olacağı bildirilib.
"Dillər" kafedrasının müdiri dos. Kəmalə Kərimova "Alman dili" adlı divar qəzetinin buraxılması təklifi ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB