Goranboyda Müstəqillik günü ilə əlaqədar tədbir keçirilib FOTOLAR
Mədəniyyət və Turizm Nazirliyinin, Goranboy rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində 18 oktyabr Müstəqillik günü ilə əlaqədar 17 oktyabrda Goranboy rayonunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bakı şəhərindən təşrif buyurmuş incəsənət ustalarının ifaları rayon sakinlərinin böyük marağına səbəb olub. Tamaşaçılar qarşısında xalq artistləri Simarə İmanova, Cəmilə Bayramova, əməkdar artistlər Zakir Əliyev, Nüşabə Ələsgərli, aşıq Solmaz Kosayeva və digər ifaçılar çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB