Qalaaltı kurort mərkəzi Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının rəsmi kataloqunda
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) "Termal Şəhərlər" beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində 21 yanvar 2016-cı il tarixində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında keçirilən görüş zamanı "Qalaaltı" sanatoriyasının "Termal Şəhərlər" beynəlxalq mədəni marşrutuna üzv seçildiyi barədə qərar qəbul edilib. SİA-nın məlumatına görə, bu təşkilata 13 ölkədən 36 şəhər daxildir.
Mədəniyyət və Turizm Nazirliyi ilə EHTTA arasında sıx əməkdaşlıq çərçivəsində bu təşkilatın rəsmi kataloq və broşürlarına Qalaaltı kurort mərkəzi daxil edilmiş və xəritədə assosiasiyaya üzv olan ölkələrin sırasına Azərbaycanın da xəritəsi salınıb.
Eyni zamanda məlumat üçün bildiririk ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyanın "Termal Şəhərlər" beynəlxalq mədəni marşrutunun 2018-ci il üçün nəzərdə tutulmuş baş konfransının Qalaaltıda keçirilməsi planlaşdırılır.
Yuxarıda qeyd olunan kataloqun elektron versiyasına aşağıdakı link vasitəsilə tanış ola bilərsiz:
http://www.ehtta.eu/images/stories/EHTTA_Brochure_2016.pdf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB