Azərbaycan Dövlət Pantomima teatrında yanvar ayından məşqlərinə başladığı Nurlan Rüstəmovun "Ağ bığlılar" tamaşasının üzərində gərgin iş prosesi gedir. SİA-nın məlumatına görə, tamaşa iki süpürgəçinin iş başında başlarına gələn komik və həmdə kədərli əhvalatlarından bəhs edir. Heç bir hadisə onları öz işindən ayıra bilmir. Hətta onların işləri əllərindən alınsa belə onlar özləri bu işi davam etdirmək üçün bir araya gəlib yeni addımlar atırlar. Yeni tamaşa oktyabr ayının 2-ci həftəsində tamaşaçıların ixtiyarına veriləcək.
Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.
Rejissoru, rəssamı və plastik həll üzrə rejissoru Əməkdar Artist Bəhruz Əhmədlidir. Tamaşada teatrın aktyorları: Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Səbirə Həsənova iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB