Hindistan-Azərbaycan Dostluq İlinin başlanması münasibətilə Bakıda Hindistan Mətbəxi Festivalı keçirilib. SİA-ya Hindistanın Bakıdakı səfirliyindən verilən məlumata görə, festivala 2 mindən artıq ziyarətçi qatılıb. Hindistan Azərbaycan Assosiasiyası tərəfindən təşkil olunmuş festivalda bu ölkənin milli yeməkləri təqdim edilib, mədəniyyət proqramı və dəb şousu nümayiş olunub.
Hindistanın Bakıdakı səfiri Sanjay Rana və Azərbaycan-Hindistan Dostluq Qrupunun üzvi, Milli Məclisin deputatı Jalə Əliyeva Hindistan-Azərbaycan Dostluq İlinin loqosunun açılışını edbilər. Onlar həmçinin, Hindistan Azərbaycan Assosiasiyası tərəfindən Azərbaycan və ingilis-dillərində nəşr olunmuş tanınmış hind reseptlərini özündə iki dildə əks etdirən Hindustanı Khana kitabını təqdim ediblər.
Səfir Rana bildirib ki, Dostluq Festivalı Hindistan və Azərbaycan arasında diplomatik münasibətlərin 25 illik mühüm pilləsi münasibətilə keçirilir. 2016-cı il həm müstəqilliyinin 75 illiyini qeyd edən Hindistan, həm də müstəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan üçün olduqca mühüm ildir. Növbəti 12 ay ərzində mədəniyyət, mətbəx və adətlər arasında bağlılıq olduğunu vurğulamaq məqsədilə, Azərbaycanda Hinidistanla bağlı mədəni tədbirlər həyata keçiriləcək.
Millət vəkili J. Əliyeva Hindistanın Azərbaycanda sevildiyini və Mahatma Qandi və Nobel laureatı Rabindranat Taqor kimi tarixi şəxsiyyətlərlə tanındığını qeyd edib: "Azərbaycan və Hindistan Atəşgah kimi qədim əlaqələrə malikdir və son illərdə müxtəlif sahələrdə ikitərəfli münasibətlər inkişaf etməkdədir".
O da vurğulanıb ki, Hindistan və Azərbaycan neft və qeyri-neft sektorunda ikitərəfli əməkdaşlığı inkişaf etdirir. Hindistan şirkəti ONGC-Videsh Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin tərəfdaşıdır. Hindistan şirkətləri Azərbaycanda qarşılıqlı maraq kəsb edən sahələrin, xüsusilə də kənd təsərrüfatı, İT və kommunikasiya, səhiyyə, əczaçılıq və təhsil sahələrində tərəfdaşlığın ikişafında maraqlıdırlar. İki dövlət həmçinin, regionda ticarət və kommersiya mübadiləsini genişləndirəcək Beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında da əməkdaşlıq edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB