Azərbaycan “Jata 2016” beynəlxalq turizm sərgisində FOTOLAR

Azərbaycan “Jata 2016” beynəlxalq turizm sərgisində FOTOLAR

Azərbaycan Respublikası Yaponiyanın Tokio şəhərində keçirilən və 170-dən çox ölkənin qatıldığı "Jata 2016" beynəlxalq turizm sərgisində iştirak edir. SİA-nın məlumatına görə, sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva və "Al travel", "Gilan travel", "Geo travel" turizm şirkətlərinin nümayəndələri təmsil edir.

Bununla əlaqədar, Azərbaycanın turizm imkanları əks etdirən 36 m2 sahədə milli stend quraşdırılmış, həmçinin, iştirak edən qonaqlara Azərbaycanın turizm potensialını təbliğ edən reklam-çap məhsulları təqdim edilir.

Qeyd etmək lazımdır ki, cari ildə sərgidə əsas mövzulardan biri "Qara Dəniz Hövzəsi" ölkələrinə həsr edilib. Azərbaycan məhz bu hövzədə təbliğ olunur. Həmin ölkələr sırasına həmçinin Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Ukrayna da daxil edilib.

Sözügedən sərgidə Mədəniyyət və Turizm Nazirliyi 2007-ci ildən təmsil olunur.

Sərgi çərçivəsində Yaponiyanın turizm şirkətləri və KİV nümayəndələri üçün ölkəmizin turizm potensialına həsr olunmuş təqdimat keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə