Elmi–Metodiki Mərkəzdə Referendumla bağlı iclas keçirilib FOTOLAR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzində Azərbaycan Respublikası Konstitusiyasına ediləcək əlavə və dəyişikliklər ilə bağlı Referenduma həsr olunmuş iclas keçirilib. SİA-nın məlumatına görə, mərkəzin direktoru Asif Usubəliyev iclası açaraq qeyd edib ki, 26 sentyabrında baş tutacaq Referendum ölkəmizin siyasi həyatında mühüm bir hadisə olaraq demokratik ənənələrin sürətli inkişafına əlavə təkan verəcəkdir. Daha sonra A.Usubəliyev konstitusiyada ediləcək əlavələrdən danışaraq, onların dövlət quruculuğu məsələlərində əhəmiyyətindən bəhs edib.
Dövlətimizin siyasi və ictimai həyatında mədəniyyət işçilərinin fəallığını vurğulayan direktor, Mərkəzin əməkdaşlarının öz vətəndaşlıq borclarını yerinə yetirilməsi məqsədilə Referendumda da fəal olacaqlarına dair öz əminliyini bildirib.
İclasda müəssisənin direktor müavini Adilxan Bayramov və elmi katib Hüseyn İbrahimov da çıxış edərək Referendumunun əhəmiyyətini qeyd edərək, əməkdaşları bu siyasi hadisədə fəal olmağa dəvət edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB