İrəvan Dövlət Azərbaycan Dram Teatrı mövsüm açılışına hazırlaşır

İrəvan Dövlət Azərbaycan Dram Teatrı mövsüm açılışına hazırlaşır

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli şair-dramaturq Hidayətin "İrəvanda xal qalmadı" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə 135-ci yubiley mövsümünün təntənəli açılış mərasimini keçirəcək. SİA-nın məlumatına görə, tamaşa ötən əsrin 80-ci illərdə Azərbaycanın tarixi şəhəri olan İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir. Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Nicat Mirzəzadədir.

Tamaşada əsas rolları əməkdar artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Zülfiyyə İsmayılova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev, Ruhiyyə Paşayeva və başqaları ifa edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə